8 May 2015 15:22
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluğa cəhd edən iki nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, Yeni Günəşli qəsəbəsində Fuad Hüseynova məxsus “VAZ-21154” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.

Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsi və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslər müəyyən edilib. Bakı şəhər sakinləri Elçın Rəhimov və Ülvi Hacıyev tutulublar.

Elçin Rəhimovdan 0,300 qram, Ülvi Hacıyevdən 0,306 qram heroin götürülüb. Ülvi Hacıyevin əvvəllərdə məhkum olunduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: