15 May 2015 19:21
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Xocahəsən qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, həmin qəsəbədə 37 yaşlı Bəxtiyar Abuzərov və 30 yaşlı Sərvan Hüseynov naməlum şəraitdə bıçaqlanıb. Hər iki yaralı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

Hadisənin kimin tərəfindən törədildiyi məlum deyil. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: