21 May 2015 14:06
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə - şahid qismində Tahir Mehdiyev ifadə verib. “AMAY”da işlədiyini qeyd edən şahid qeyd edib ki, təqsirləndirilən Elşən Novruzovun təklifi ilə firma yaradıb və “Birlikbank”dan 80 min manat kredit götürüb. Onun sözlərinə görə, götürülən vəsait “AMAY”ın tikintisinə sərf olunub.

Bundan sonra hakim Əfqan Hacıyev bildirib ki, şahidlərin məhkəməyə məcburi gətirilməsi barədə qərar cıxarılıb. Abdulla Abdullayev isə qeyd edib ki, iş üzrə olan 144 şahiddən 43 nəfəri ümumiyyətlə istintaqda dindirilməyib: “Mən bilmirəm nəyi sübut etmək istəyirsiniz? 6 nəfər şahid dünyasını dəyişib, 54 nəfərsə mıhkəmədə dindirilib. Qalanların əksəriyyəti ölkə xaricindədur. 5-6 nəfərə görə məhkəməni uzatmaqa dəyməz”.

Hakim deyib ki, qanunvericiliyin tələbinə görə şahid məhkəməyə gələ bilmirsə bununla bağlı sənəd təqdim olunmalı, bundan sonra onların ifadələri elan edilməlidir.

Məhkəmə mayın 25 -də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər