Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əmirov Yadigar Rafail oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata saxlanılan şəxsin “X-ray” intereskop rentgen aparatından keçirilməsi tələb olunub. Əmirov Yadigar Rafail oğlunun əl yükü rentgen aparatından keçirilən zaman monitorda tütün məmulatlarının təsvirləri əks olunduğundan o, müvafiq qanunvericiliyə uyğun olaraq olan 1 ədəd əl yükü və 2 ədəd baqajının yoxlanılması üçün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı Əmirov Yadigar Rafail oğluna məxsus əl yükü və baqajlarından gömrük nəzarətinə əvvəlcədən təqdim olunmayan, elektron vəyakağız üzərində yazılı formada bəyan olunmayan 5 adda 470 ədəd müxtəlif xarici markalı siqaretlər və kustar üsulla hazırlanan 3 kq qara kürü aşkar edilib.
Faktla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.
Naibə QURBANOVA