Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddə gətirməkdə təqsirli bilinən Elmar Əsədov və Cavanşir Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki,təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs ediliblər. Onlar İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə təqsirli bilinirlər.
Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma,), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham olunur.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 8-ə təyin edilib.
Hacı Zeynalov