7 İyun 2015 22:25
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan mərasim evinin yanar konstruksiyaları yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın zamanı mərasim evinin yaxınlığında dayanmış vətəndaşlara məxsus 2 ədəd “KİA” və 1 ədəd “NİSSAN” markalı minik avtomobilləri yüksək temperaturdan deformasiyaya uğrayıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:

Oxşar xəbərlər