8 İyun 2015 16:52
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində qayınana və qayınatasını öldürməkdə təqsirli bilinən Bayram Həsənovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilir.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu ilin yanvarın 2-də, Abşeron rayonu Novxanı bağlar massivində baş verib. Hadisə zamanı 36 aşlı Bayram Həsənov qaynanası Rəfiqə və qaynatası Nəzər Hüseynovları həyatdan məhrum edib.

Bayram Həsənov hadisədən əvvəl qohumlarının kirayədə yaşadığı evə gəlib. Burada onlar arasında mübahisə baş verib. Mübahisə zamanı Bayram özü ilə gətirdiyi ov tüfəngi ilə atəş açaraq qaynanası və qaynatasını öldürüb. Bayram Həsənov hadisəni törədəndən sonra qaçıb. Amma çox uzağa gedə bilməyib. Abşeron polisi onu Binəqədi rayonu ərazisində saxlayıb.

İlkin ifadəsində Bayram deyib ki, 3 ilə yaxındır ailəsində problemlər var. Bir neçə gün əvvəl isə Bayramın 7 il birlikdə yaşadığı həyat yoldaşı Gülnar Həsənova azyaşlı qızlarını da götürərək ata evinə gedib.

Bundan sonra isə münasibətlər daha da gərginləşib. Münasibətlərə aydınlıq gətirmək üçün qohumlarının evinə gələn Bayram burada onlarla mübahisə edib. Mübahisə zəminində əvvəl havaya atəş açan Bayram Həsənov daha sonra ardıcıl olaraq əvvəl qaynanasını, sonra da qaynatasını odlu silahla qətlə yetirib. Polis Bayramı saxladıqdan sonra cinayətdə istifadə edilən ov tüfəngini də aşkar edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bayram Həsənov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Bayram Həsənov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini və cəzasının müddətli cəza ilə əvəz edilməsini xahiş edib.

Hakim İlham Həsənovun sədrliyim ilə keçirilən prosesdə təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edib. Ömürlük azadlıqdan məhrum edilməsindən narazı qaldığını deyib.

Məhkəmə prosesi avqustun 21-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər