17 İyun 2015 13:21
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Tofiq Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Xəzər rayonu Şüvəlan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədirov bacısı 1989-cü il təvəllüdlü Ramiləni aralarında baş vermiş mübahisə zəminində dəsmalla boğaraq qətlə yetirib.

Istintaqın gəldiyi nəticəyə görə, hadisə ailə məişət zəminində baş verib. Qətlə yetirilən Ramilə Qədirova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən uşaq dünyaya gətirib. Bunu eşidən Tofiq Qədirov bacısından imtina edib. Lakin telekanalların birində yayımlanan verilişə çıxan Ramilə məhz onların sayəsində qardaşı ilə barışıb və üç aylıq körpəsi ilə birlikdə onun yaşadığı evə yerləşdirilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 24-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər