Həbsdə olan teleaparıcı İlham Mirzəyev Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib. Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, teleaparıcının şikayəti bu günlərdə məhkəməyə daxil olub.
Məlumata görə, İlham Mirzəyevin şikayəti hakim İmran Hacıqayıbovun icraatına verilib. Məhkəmənin baxış iclasının vaxtı yaxın günlərdə müəyyən ediləcək.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İlham Mirzəyev barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyir. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.
Hacı Zeynalov