25 İyun 2015 01:25
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ötən gün iki yanğın hadisəsi qeydə alınıb.


Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə, yaxınlıqda yığılmış 3 ton ot bağlaması və 10 ədəd avtomobil təkəri yanıb. Yüksək temperaturdan tövləyə yaxın olan evin 1 ədəd plastik qapısı 2 kv.m sahədə əriyib. Yanğın zamanı tövlədən 5 baş iribuynuzlu heyvan, 20 ədəd toyuq yanğınsöndürənlər tərəfindən xilas edilib. Tövlənin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Paytaxtın Nizami rayonunda isə ümumi sahəsi 550 kv.m olan, bir-birinə bitişik tikilmiş anbarların birinin dam örtüyünün yanar konstruksiyaları 220 kv.m sahədə, içərisində olan stomatoloji cihazlar və bərbərxana ləvazimatları yanıb. Bitişik anbarlar yanğından mühafizə olunub.


Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: