25 İyun 2015 16:45
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan teleaparıcı İlham Mirzəyevin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinin vaxtı məlum olub.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, teleaparıcının şikayəti hakim İmran Hacıqayıbovun icraatına verilib.

Məhkəmənin baxış iclası iyulun 21-nə təyin edilib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İlham Mirzəyev barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyir.

Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər