3 İyul 2015 08:34
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1966-cı təvəllüdlü Sevinc Hüseynovanın cinayət işi bağlı məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 48 yaşlı Sevinc Hüseynova Binəqədi rayonu ərazisində Musabəyov küçəsi bina 6, mənzil 32 ünvanında yaşayan tanışı, 43 yaşlı Yasəmən Salıyevanı öldürüb.

Sevinc Hüseynova 30 mart 2014-cü ildə tanışı Yasəmənin mənzilinə gəlib. Onlar həmin vaxt mübahisə edib. Şəxsi münasibətlərin pozulması zəminində Sevinc Yasəməni öz corabı ilə boğaraq qətlə yetirib.

Rəfiqəsinin öldüyünü görən Sevinc Hüseynova Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gələrək könüllü təslim olub. İstintaq araşdırmaları zamanı məlum olub ki, Yasəmən Salıyeva ilə onu boğaraq qətlə yetirən Sevinc Hüseynova yaxın rəfiqə olublar. Onlar mütəmadi olaraq bir-birinin evinə qonaq gediblər.

Hadisə baş verən gün isə Sevinc rəfiqəsinin evinə qonaq gedib. Yasəmənin mənzilində mübahisə yaranıb. Mübahisə zəminində ev sahibi başı ilə Sevincə kəllə atıb. Əsəbləşən Sevinc mənzildəki qadın corabını götürərək rəfiqəsini boğub. Yasəmən Salıyeva Qarabağ müharibəsi iştirakçısı olduğundan məhəllədə bir qədər ağır qadın kimi tanınırdı. 3-cü qrup əlil olan mərhum müharibədən sonra sürücülüklə məşğul olub.

Yasəmən Salıyeva və Sevinc Hüseynovanın rəfiqə olmaları ilə yanaşı, cinsi azlıq nümayəndəsi olduqları ortaya çıxıb. Elə hadisənin bu səbəbdən baş verdiyi bildirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc Hüseynova 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sevinc Hüseynova cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Hüseynovanın şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər