7 İyul 2015 10:04
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 21 yaşlı oğlu 43 yaşlı anasını amansızcasına öldürüb.

Nizami rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində 1970-ci il təvəllüdlü anası Tahirə Zöhrabovaya bıçaqla xəsarətlər yetirərək qəsdlə öldürüb.

S.Zöhrabov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər