Günün ikinci yarısında Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanova hökm oxunub.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Baxışov 14 il, Ruslan Cəfərov 14 il, Eldost Quliyev 13 il, Məməmmədşah Məmmədəliyev 13 il, Əhməd Həsənov 14 il, Maarif Mərdanov 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
13:48
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Sənan Baxışovun 15 il, Ruslan Cəfərovun 15 il, Eldost Quliyevin 14 il, Məməmmədşah Məmmədəliyevin 14 il, Əhməd Həsənovun 15 il, Maarif Mərdanovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hacı Zeynalov