9 İyul 2015 09:41
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda avtomobil təmiri sexində yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda avtomobil təmiri sexində təmirə dayanmış “MERCEDES“ markalı minik avtomobili yanıb və yaxınlıqda dayanmış dövlət qeydiyyat nişanı məlum olmayan “HYUNDAI" markalı minik avtomobilinin arxa hissəsi əriyib.

Avtomobilin qalan hissəsi və təmir sexində dayanmış digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 22:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: