9 İyul 2015 12:29
4 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mətanət Əsədova tərəfindən məhkəməyə verilən “Nida” Gənclər Hərəkatının sabiq üzvü Elsevər Mürsəlli günahsız olduğunu deyib.

Teleqraf.com-a danışan Elsevər Mürsəlli bildirib ki, bir neçə gün öncə Facebook səhifəsində video yayıb və Mətanət Əsədovanın bacısı haqda fikirlər səsləndirib: “Bundan sonra müğənni məni məhkəməyə vermək qərarına gəlib və 148-ci maddəni rəhbər tutaraq mənim həbs edilməyimi istəyib”.

Elsevər Mürsəlli qeyd edib ki, Mətanət xanımdan üzr istəməyəcək: “Çünki onun yanında heç bir günahim yoxdur. Günahım olmaya-olmaya üzr istəmiyəcəm”.

Qeyd edək ki, iyulun 8-də Mətanət Əsədovanın vəkili Ceyhun Yusifov açıqlama yayaraq müğənninin “Nida” Gənclər Hərəkətinin keçmiş üzvü Elsevər Mürsəllini məhkəməyə verdiyini qeyd edib. Ceyhun Yusifov bildirib ki, Elsevər Mürsəlli bəzi internet saytlarında Mətanət Əsədovanın ünvanın təhriqedici ifadələr işlədib: “Bu səbəbdən Elsevər Mürsəllinin həbs edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi təqdim etmişik. Iddia ərizəsində Elsevər Mürsəllinin barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanması və həbs edilməsini istəyirik”.

Ceyhun Yusifov həmçinin bildirib ki, Elsevər Mürsəllinin yazısını yayan internet saytlarının da mülki icraat qaydasında cəzalandırılması üçün müzakirə aparılır.

Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.

Mətanət Əsədova yazıçı tərəfindən təhqir olunduğunu iddia edib. O, yazıçını məhkəməyə verib və 100 min manat təzminat ödəməsini tələb edib. Bundan sonra Elsevər Mürsəlli sosial şəbəkədə Mətanət Əsədovanın ünvanına xoşa gəlməz ifadələr işlədib. Bu ifadələr isə bəzi saytlar tərəfindən yayılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər