Göyçay rayonunda vətəndaşa məxsus tövlə yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Göyçay rayonu, Mırtı kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 8 ton ot bağlaması yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.