Lənkəran şəhərində banka saxta əskinas verən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə. iyulun 13-də “Kapital” bankın Lənkəran rayon filialına gəlmiş Tutapeşdə kənd sakini Zülfiyyə Əliyeva 2 ədəd saxta 50 manatlıq əskinası dəyişdirmək istəyərkən Lənkəran Rayon Mühafizə Şöbəsinin əməkdaşı tərəfindən saxlanılıb.
Hacı Zeynalov