Bakının Xətai rayonunun ərazisində inşa olunan binada bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, binada işləyən Kürdəmir rayon sakini İxtiyar Aslanov ehtiyatsızlığından 2-ci mərtəbənin eyvanından yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov