23 İyul 2015 14:01
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-a Şəmkir rayon polis şöbəsindən verilən məlumata görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Namazalı Aşurov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbin yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Nəzirə Nəbiyeva tutulub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: