25 İyul 2015 13:18
2 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qayınata gəlinini güllələyib.

Teleqraf.com Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, iyulun 25-də Qusar rayonunun Avaran kənd sakini Amaxan Nəzərov yaşadığı evdə münaqişə zəminində gəlini Sevinc Məmmədovaya tüfəngdən açdığı atəşlə xəsarət yetirib. Nəticədə S.Məmmədova hadisə yerində ölüb.

Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəzərov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi “İJ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər