Bakıda 12 yaşlı uşaq yaşadığı evdən 17 500 manat pul oğurlayıb.
“Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 yaşlı Abbasov Ziya Gündüz oğlu bir həftə sonra saxlanılıb. O, izahatı alındıqdan sonra buraxılıb.