Bakının Suraxanı rayonunda qətl hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində yerləşən çay evlərindən birində qeydə alınıb.
Çay evində bir qrup şəxs arasında yaranan mübahisə zamanı Sabit Əsgərli və onun qardaşı Orxan bıçaqlanıb. Hər iki şəxs xəstəxanaya çatdırılsa da, Sabit Əsgərlinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən Cavanşir adlı şəxs həbs edilib.
Hacı Zeynalov