29 İyul 2015 13:36
473

Bakının Xəzər rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Elvin Salamov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Əhməd Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilmiş Əhməd Hüseynov orada ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: