Bakı Ağır Cinayətlər məhkəməsində əvvəllər 4 dəfə məhkum olunan və azadlığa çıxandan sonra oğurluq hadisəsi törətməkdə təqsirli bilinən Eldəniz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Eldəniz Vəliyev 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Vəliyev ötən ilin martın 21-də Fəxrəddin Bağırova məxsus dəmir sexindən 1 ton mis oğurlayıb. O, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.
Hacı Zeynalov