4 Avqust 2015 16:34
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vasif Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vasif Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 37 yaşlı Vasif Quliyev saxlanılıb. Polis şöbəsinə gətirilən şəxsin əlindəki bağlamadan külli miqdarda narkotik vasitə aşkar edilib.

Vasif Quliyevin sözlərinə görə, yabanı halda bitmiş narkotik vasitənin bir hissəsini Şəmkir rayonu ərazisində yol kənarından yığıb. Bakıya iş dalınca gəldiyini deyən Vasif paytaxtda əliboş gəlmək istəməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər