Bakının Nizami rayonunda evdən 58 min manat oğurlayan dəstə üzvləri həbs edilib.
Teleqraf.com xəbər verir ki, avqustun 2-də paytaxtın Nizami rayon sakini Elsevər Abutalıbovun yaşadığı evdən 58000 manat oğurlanıb.
Bakı Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Babək rayon sakinləri Emin Qafarov və Nicat Mirzəliyev tutulublar.
Hacı Zeynalov