6 Avqust 2015 18:59
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən İntiqam Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, yol qəzası ötən il dekabrın 18-də Bakı-Quba yolunun 49-cu kilometrliyində qeydə alınıb. 1987-ci il təvəllüdlü İntiqam Mehrəliyevin idarə etdiyi “İveco” markalı yük avtomobili ilə 1980-ci il təvəllüdlü Rahat Muradovun idarə etdiyi “Tofaş” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində Rahat Muradov və sərnişini, 1985-ci il təvəllüdlü Emil Əsgərov hadisə yerində ölüblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Mehrəliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İntiqam Mehrəliyev apelyasiya şikayəti verib.

Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən İntiqam Mehrəliyev bildirib ki, ilk dəfədir məhkum olunub. Onun sözlərinə görə, məcburi köçkün olmaqla himayəsində ağır ürək xəstəliyindən əziyyət çəkən kimsəsiz anası olub. O, həmçinin ailənin yeganə qazanc gətirəni olmasını qeyd edib.

Təqsirləndirilən şəxslər qeyd olunanların nəzərə alınmasını, barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar açıqlayıb. İntiqam Mehrəliyevin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər