13 Avqust 2015 17:37
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızını öldürməkdə təqsirli bilinən Bərdə rayon sakini Cəlal Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bərdə rayon Mustafaağalı kənd sakini Cəlal Qurbanovu ilin martın 22-də evdən çıxaraq Bakıya gələn qızı, 1985-ci il təvəllüdlü Zərintac Qurbanovanı Sabunçu rayonu ərazisində qətlə yetirib. Zərintac Qurbanova aldığı bıçaq zərbələrindən sonra qanitirmədən hadisə yerindəcə keçinib.

Cəlal Qurbanov cinayəti törətdikdən sonra cinayət aləti olan bıçağı götürərək Sabunçu Polis Şöbəsinə gedib və təslim olub. O, cinayəti törətməsinin səbəbi kimi qızının son zamanlar tüfeyli həyat sürməsini göstərib. Zərintac Qurbanova Sabunçu rayonu ərazisindəki kafelərin birində işləyirmiş.


Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cəlal Qurbanov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər