Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzası törədən Bakı şəhər sakini Nahid Hüseynov tutulub.
Qeyd edək ki, Nihad Hüseynov avqustun 9-da idarə etdiyi “VAZ-2118” markalı avtomobillə yolu keçmək istəyən Azadə Fərziyevanı vurub. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov