Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Tural Mustafayevi intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə prokuror Xədicə İsmayılın 9 il müddətinə azadlıqdan məhrum edilməsini, 3 il müddətinə isə vəzifə tutmaq hüququndan məhrum edilməsini istəyib. O Xədicə İsmayılın ittiham olunduğu cinayət məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2, 125-ci maddələrlə əməli tam sübuta yetirilib.
Prokuror Xədicə İsmayıl ilə Tural Mustafayev arasında olan yazışmalar barədə danışarkən bildirib ki, həmin yazışmalarda olan fikirlər utancverici olduğu üçün həmin mesajların məhkəmədə açıqlanmasını zəruri hesab etmir.
Tural Mustafayevin nümayəndəsi Səfər Seyidov prokurorun çıxışı ilə razı olduğunu deyib.
Məhkəmə avqustun 26-sı davam etdiriləcək.
Hacı Zeynalov