Pirallahıda Yüksək Texnologiyalar Parkından naməlum şəxslər “Mersedes” markalı avtomobildə inşaat materialları oğurlayıb.
Teleraf.com DİN-in saytına istinadən xəbər verir ki, briqadir işləyən Ağstafa sakini Şamxal Bayramov VAZ-2107 markalı avtomobillə onların qarşısını kəsib. Lakin onlar avtomobili vuraraq hadisə yerindən qaçıblar.
Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Elməddin Hüseynov, Şəhriyar Cavadov və Tacı Əmrullayev tutulublar. E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.