25 Avqust 2015 19:52
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şöbə müdirinə 9 il cəza verildi

Bakı Apelyasiya Məhkəməsində dələduzluq etməkdə təqsirli bilinən Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş 1954-cü il təvəllüdlü Südabə Axundzadənin cinayət işinə baxılıb.

Südabə Axundzadə 2 nömrəli Bakı Baza Tibb Kollecinin “Əczaçılıq işi və Ortopedik stomatologiya” şöbəsinin müdiri işlədiyi dövrdə dələduzluq cinayəti törədib. O, Gülər Muradovanın qızı Gültəkin Abbasovanı Gürcüstan Respublikasında yerləşən tibb texnikumlarından birinə qəbul etdirib və oradan köçürmə yolu ilə 2 nömrəli Bakı Baza Tibb Kollecinə tələbə kimi qəbul etdirmək barədə yalandan vəd verib.

Təqsirləndirilən şəxs Gülər Muradavadan ilk dəfə 2009-cu ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 204 saylı ünvanda yerləşən 2 nömrəli Bakı Baza Tibb Kollecində hissə-hissə olmaqla 2000 manat, bir neçə gündən sonra isə həmin ünvanda 4000 manat alıb.

Südabə Axundzadə Sərəngül Qasımovanın qızı Günel Bağırovanı 2 nömrəli Bakı Baza Tibb Kollecinə tələbə kimi qəbul etdirmək barədə yalan vəd edib. O, 2010-cu il iyun ayının əvvəllərində işlədiyi kollecdə Sərəngül Qasımovadan 7000 manat alaraq ona qarşı dələduzluq edib.

Dələduzluq əməlini davam etdirən Südabə Axundzadə Rəfiqə Həmidovanın qızı Səadət Həmidovanı 2 nömrəli Bakı Baza Tibb Kollecinə tələbə kimi qəbul etdirmək adı ilə 5000 manat alıb.

Südabə Axundzadə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham edilib və hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Südabə Axundzadə 9 il 26 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Südabə Axundzadə apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Südabə Axundzadənin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər