27 Avqust 2015 13:55
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda şirkətdən oğurluq edən qrupun daha bir üzvü həbs edilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları olan seyfi oğurlamış qrupun digər üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məhərrəmov tutulub. Ondan 3,08 qram tiryək götürülüb.

Qeyd edək ki, avqustun 1-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450000 ABŞ dolları olan seyfi oğurlanıb. Baş Cinayət-Axtarış İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər