Bakının Nərimanov rayonunda əcnəbi vətəndaş intihar edib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Koroğlu Rəhimov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Həmin ünvanda mənzillərdən birində kirayədə yaşayan Elizabet Adamuku özünü iplə asaraq ölüb. Əcnəbinin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov