28 Avqust 2015 15:18
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə dələduzluqda və vəzifə saxtakarlığında ittiham olunan “Kapitalbank”ın vəzifəli şəxsi Faiq Məmmədovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Faiq Məmmədov 2007 və 2008-ci ildə “Kapitalbank”ın Sabunçu və Suraxanı filiallarına müraciət edən müştərilərin banka ödəməli olan pullarını mənimsəyib.

Bankın 2013-cü ildə bankın daxilində aparılan audit yoxlamalar nəticəsində Faiq Məmmədovun kredit götürən müştərilərin banka ödəməli olduqları pulları mənimsəməsi məlum olub. O, müştərilərdən aldığı pulları bankın kompüter sisteminə köçürməyib. Yoxlamaların nəticəsində toplanan materiallar araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. İdarədə aparılan təhqiqat nəticəsində Faiq Məmmədovun barəsində cinayət işi başlanıb və o, həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Faiq Məmmədov barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Bundan sonra o, Ali Məhkəməyə kasasiya şikayəti verib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Faiq Məmmədovun kasasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər