Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısı qızını öldürən Vamiq Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin aprelin 17-də Buzovna qəsəbəsində, Naxçıvan küçəsində Nigar Məlikli qətlə yetirilib. Onun dayısı - 1973-cü il təvəllüdlü Vamiq Aslanov tərəfindən 30 bıçaq zərbəsi vurularaq öldürlməsi müəyyən edilib. Vamiq Aslanov polis tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 4-nə təyin edilib.
Hacı Zeynalov