Daxili İşlər Nazirliyi avqustun 31-də Ağcabədi rayonunda banka basqın edilməsi ilə bağlı rəsmi məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə avqustun 31-də saat 04 radələrində qeydə alınıb.
Ağcabədi şəhərində “İnkişaf üçün maliyyə” MMC-nin Ağcabədi rayon filialının inzibati binasına pəncərədən girmiş şəhər sakinləri Xəyal Talıbov, Elmir Gülmalıyev və Cəmaləddin Hüseynov oradakı otaqlardan birində olan seyfdən 235 manat, habelə digər otaqda quraşdırılmış “E-manat” ödəmə terminalından 10879 manat oğurlayıb hadisə yerini tərk edərkən Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulublar.
Hacı Zeynalov