Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunan 1982-ci il təvəllüdlü Elnur Qəniyev tutulub.
O, sentyabrın 2-də saat 04 radələrində, Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini Camal Qasımova bıçaqla xəsarət yetirərək 300 manat pulunu quldurluq yolu talamaqda şübhəli bilinir.
Hacı Zeynalov