7 Sentyabr 2015 15:48
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda quldurluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Sultan Sultanlının mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İsmayılov tutulub.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 2-də İbrahim Salayevin mobil telefonunu oğurlamış Bakı şəhər sakini Heydər Əmrahov tutulub.

Hacı Zeynalov


Müəllif: