8 Sentyabr 2015 15:23
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda bədbəxt hadisə baş verib

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, rayon sakini, 1992-ci il təvəllüdlü Amil Qasımlı siqaret çəkmək istəyərkən yanıb. Buna onun siqareti alışdırmazdan öncə əlini benzinlə yuması səbəb olub. Xəsarət alanın ailə üzvüləri bildiriblər ki, o, əli mazutlu olduğu üçün yaxınlıqdan benzin alıb. Evə qayıdarkən qapının bağlı olduğunu görüb. Qapının açmaq üçün qardaşına zəng edib. Qardaşı gələnə kimi elə qapının ağzında əlini benzinlə yuyub. Bir az sonra isə siqaret çəkmək istəyib. Elə siqareti yandırmaq istəyərkən alov onun bütün bədənini bürüyüb. Demək olar ki, Amilin bədəni bütünlüklə yanıb. O, əvvəl Tərtər, daha sonra isə Bərdə rayon xəstxanasına yerləşdirilib. Hazırda ona tibbi yardım göstərilib. Lakin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Xaliq Salmanbəyli


Müəllif:

Oxşar xəbərlər