Bakı Ağır Cinayətlər Məhkəməsində özünü iş adamı kimi təqdim edərək dələduzluq etməkdə təqsirli bilinən Qulu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qulu Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, iki nəfərə qarşı dələduzluq edib və 160 min manat mənimsəyib.
Hacı Zeynalov