Pentensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, müəssisədə cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib.
Nəticədə Famil Hüseynov yeməkxanadan götürdüyü bıçaqla Həsən Əliyevi vurub. Həsən Əliyev aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov