12 Sentyabr 2015 15:17
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Abşeron sakinini döyərək pulunu alan şəxs saxlanılıb.

Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, döyülərək pulu alınan şəxs Elnur Nəsrullayevdir. Belə ki, Bakı şəhər sakini Nihad Xudaverdiyev ona qarşı güc tətbiq edərək, E.Nəsrullayevdən 498 manat alaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş N.Xudaverdiyev tutulub.


Müəllif:

Oxşar xəbərlər