14 Sentyabr 2015 14:31
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən Ceyhun Nəsirov və İlqar Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, 28 mart 2015-ci ildə metronun “20 Yanvar” stansiyasının yaxınlığında iki nəfər İlqar Ağayevə məxsus avtomobilə əyləşərək onları Abşeron rayonu “At Yali” adlanan əraziyə aparmalarını xahiş ediblər. Müştərilər deyilən əraziyə çatanda İlqar Ağayevə qarşı zor tətbiq ediblər.
Onun əl nahiyəsinə biçaqla xəsarətlər yetirən cinayətkarlar sürücünün əl-qolunu bağlayıb avtomobilin yük yerinə qoyublar. Avtomobilin sükanı arxasına keçən cinayətkarlar sürücünü yoldan bir qədər kənara ataraq maşınla birlikdə hadisə yerindən uzaqlaşıblar. İlqar Ağayev yaxınlıqdan keçən yük maşınlarının köməyi ilə hadisə barədə polislərə məlumat verə bilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Nəsirov və Laçın rayon sakini İlqar Abbasov tutulublar. Onların barəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatı dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 22-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: