18 Sentyabr 2015 12:15
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şirkətə basqın edən şəxs həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 28-də saat 04:00 radələrində R.Quliyev küçəsində yerləşən “Qara çay” tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olan şəxs, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib.

Gözətçinin əl qolunu bağlayan oğru, içərisində 60.000 ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talayıb.

Polis cinayəti törədən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nicat Nurbala oğlu Xəlilov tutub.

Hacı Zeynalov


Müəllif: