Bakı polisi itkin düşən şəxslərin tapılması istiqamətində bir sıra tədbirlər görüblər.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən avqustun 30-da saat 09.00 radələrində Kavereçkin küçəsində yaşadığı evdən naməlum istiqamətə gedən 1993-cü il təvəllüdlü Xəyalə Qurbanova tapılaraq ailəsinə təhvil verilib.
Bundan başqa, Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də saat 10:30 radələrində Təbriz küçəsində yaşayan 1987-ci il təvəllüdlü Könül Əskərzadə və sentyabrın 16-da saat 10.00 radələrində Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yaşayan 1999-cu il təvəllüdlü Günel Həsənova tapılaraq ailə üzvlərinə təhvil verilib.
Hacı Zeynalov