21 Sentyabr 2015 11:06
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə sentyabrın 19-da Türkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov 1976-cı il təvəllüdlü İlham Muradova bıçaq xəsarəti yetirib və o, 3 saylı xəstəxanada dünyasını dəyişib.

Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Əli Məmmədov Xaşaxuna qəsəbəsi ərazisində tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər