Masallı rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şərəfə kəndində qeydə alınıb.
Kənd ərazisində yerləşən şadlıq evinin qarşısında Salman Qurbanov həmkəndlisi İntizar Rzayevlə mübahisə edib. Mübahisə zamanı Salman Qurbanov İntizar Rzayevi bıçaqlayaraq öldürüb.
Cinayəti törədən həbs edilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov