23 Sentyabr 2015 20:16
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda evdən oğurluq edən şəxs həbs edilib. Teleqraf.com xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Natiq Əliyevin evindən 700 manat oğurlamış Xırdalan şəhər sakini Ayaz Qasımov tutulub.

Bundan başqa, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramiz Ələsgərova, Şaiq Ələkbərova, Kənan Əliyevə və Mehman Həsənova məxsus mağazalardan pul, ərzaq məhsulları, məişət əşyaları, tütün məmulatı və sərinləşdirici içki oğurlamış Qazax şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Nicat Cəfərov və Orxan Nəbiyev tutulublar.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Şirmayi Əliyevaya məxsus mobil telefonu oğurlamış Şirvan şəhər sakini Rüstəm Xudiyev yaxalanıb.

Hacı Zeynalov


Müəllif: